Cəlilabad rayonunda 12 və 14 yaşlı iki yeniyetmə balta ilə xəsarət alıb.
Xəbərin.az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. İlkin məlumata əsasən, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Xəsarət alan yeniyetmələr Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır.