Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Naxçıvanda avtomobil aşıb: Eyni ailədən 4 nəfər xəsarət alıb

01 Fevral 2026, 18:01 Hadisə 25 baxış
Naxçıvanda avtomobil aşıb: Eyni ailədən 4 nəfər xəsarət alıb

Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərin.az məlumat verir ki, qəza Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin aşması nəticəsində eyni ailənin üzvləri — 1961-ci il təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.