Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Neftçi”dən darmadağın: “Araz Naxçıvan” 0:4 “Neftçi”

01 Fevral 2026, 17:58 İdman 20 baxış
“Neftçi”dən darmadağın: “Araz Naxçıvan” 0:4 “Neftçi”

Misli Premyer Liqasının növbəti turunda “Neftçi” səfərdə “Araz Naxçıvan”la qarşılaşıb.

Xəbərin.az xəbər verir ki, görüş Bakı klubunun 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 4-cü dəqiqədə İqor açıb. Bassala Sambou (41) və Alessio Kurçi (84) fərqi artıran qollara imza atıblar. Qarşılaşmada son nöqtəni 90+3-cü dəqiqədə Abubakar qoyub.

Bu nəticə ilə “Neftçi” turnir cədvəlində mövqeyini möhkəmləndirib.