Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

01 Fevral 2026, 13:38 Dünya 20 baxış
İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

İranda episentri Buşehr əyalətinin Aseluye rayonunda yerləşən 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Xəbərin.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 18 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.