UFC 325 turniri çərçivəsində yüngül çəki dərəcəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə braziliyalı Maurisio Rafi üz-üzə gəlib.
Xəbərin.az xəbər verir ki, görüşün ilk raundu nisbətən balanslı keçsə də, ikinci raundda təşəbbüsü ələ alan Maurisio Rafi güclü zərbələrlə üstünlük qazanıb. Raundun ortalarında endirilən dəqiq zərbələrdən sonra hakim döyüşü dayandırıb və qarşılaşma texniki nokautla başa çatıb.
Beləliklə, Rafael Fiziyev UFC 325-də məğlub olub.
Ümumilikdə UFC 325 gecəsi böyük mübarizələrlə yadda qalıb – əsas döyüşdə isə Aleksandr Volkanovski kəmərini uğurla müdafiə edib.