Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Barselona”dan səfərdə inamlı qələbə – liderlik möhkəmləndi

01 Fevral 2026, 02:18 İdman 25 baxış
“Barselona”dan səfərdə inamlı qələbə – liderlik möhkəmləndi

İspaniya La Liqasında “Barselona” səfərdə “Elçe”ni 3:1 hesabı ilə məğlub edib.

Xəbərin.az xəbər verir ki, kataloniya təmsilçisinin qollarını Lamin Yamal (6), Ferran Torres (40) və Markus Reşford (72) vurub. Meydan sahiblərinin yeganə qoluna Alvaro Rodriges (29) imza atıb.

Bu qələbə sayəsində “Barselona” xallarının sayını 55-ə yüksəldərək turnir cədvəlinin zirvəsində qərarlaşıb.