Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Trampdan İran mesajı: “Vəziyyət daha da pisləşə bilər”

01 Fevral 2026, 00:13 Dünya 21 baxış
Trampdan İran mesajı: “Vəziyyət daha da pisləşə bilər”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda yeni açıqlama verib. O bildirib ki, Vaşinqton bölgədəki müttəfiqlərinə planlarını açıqlaya bilməz.

Xəbərin.az bildirir ki, Trampın sözlərinə görə, planın müttəfiqlərlə paylaşılması onu ictimaiyyətə açıqlamaqdan belə daha pis nəticələrə səbəb ola bilər:

“Əgər planı onlara desəydim, bu, sizə deməkdən daha pis olardı. Hətta vəziyyət daha da ağırlaşa bilər”.

ABŞ lideri İranla danışıqların davam etdiyini vurğulayıb və əlavə edib ki, tərəflər müəyyən razılaşmaya gəlib-gəlməyəcəklərini dəyərləndirirlər:

“İran bizimlə danışır. Bir şey əldə edib-etməyəcəyimizi görəcəyik. Əks halda, nələrin baş verəcəyini zaman göstərəcək”.

Tramp həmçinin bölgəyə doğru böyük hərbi donanmanın hərəkət etdiyini qeyd edib və bunun ABŞ-ın Venesueladakı mövcudluğundan da daha geniş miqyasda olduğunu bildirib.