Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Stamford Bricdə möhtəşəm gecə: “Çelsi” – “Vest Hem” 3:2

31 Yanvar 2026, 23:52 İdman 21 baxış
Stamford Bricdə möhtəşəm gecə: “Çelsi” – “Vest Hem” 3:2

İngiltərə Premyer Liqasında “Çelsi” evdə “Vest Hem”lə qarşılaşıb 

Xəbərin.az xəbər verir ki, dramatik keçən qarşılaşma "zadəganların" 3-2 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar oyuna sürətli başlayıb. Jarrod Bouen 7-ci dəqiqədə, Krysensio Samervill isə 36-cı dəqiqədə fərqlənərək “Vest Hem”i 2:0 önə çıxarıb.

İkinci hissədə isə “Çelsi” tam fərqli oyun nümayiş etdirib. João Pedro 57-ci dəqiqədə hesabı azaldıb, Mark Kukurelya 70-ci dəqiqədə tarazlığı bərpa edib. Oyunun son anlarında, 90+2-ci dəqiqədə Enzo Fernandesin vurduğu qol “Çelsi”yə möhtəşəm qələbə qazandırıb.

“Vest Hem” üzərində aldıqları qalibiyyətlə xallarının sayını 40'a çatdıran London təmsilçisi turnir cədvəlində 4-cü pillədə qərarlaşır