Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Misli Premyer Liqası: “Şamaxı” səfərdə “Kəpəz”i məğlub etdi

31 Yanvar 2026, 16:49 İdman 24 baxış
Misli Premyer Liqası: “Şamaxı” səfərdə “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasının XVIII turunda “Kəpəz” futbol klubu “Şamaxı”nı qəbul edib.

Xəbərin.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı”nın qollarını Arsen Ağcabəyov (12-ci dəqiqə) və Karim Rossi (45+1) vurublar.

Qeyd edək ki, turun növbəti oyununda “Zirə” klubu “Sabah”la üz-üzə gələcək. XVIII tura fevralın 1-də yekun vurulacaq.