Fevralın 1–2-də Azərbaycanın bir sıra bölgələrində küləkli hava şəraiti gözlənilir. Bununla əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq elan olunub.
Xəbərin.az xəbər verir ki, qurumun məlumatına görə, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik və Yardımlı rayonlarında qərb küləyi əsəcək.
Küləyin sürətinin saniyədə 13,9–20,7 metr təşkil edəcəyi bildirilir.