Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Batmanda dəm qazı faciəsi: Eyni ailədən 3 nəfər zəhərləndi

31 Yanvar 2026, 14:49 Hadisə 27 baxış
Batmanda dəm qazı faciəsi: Eyni ailədən 3 nəfər zəhərləndi

Türkiyənin Batman vilayətinin Gercüş rayonunda sobadan sızan dəm qazı eyni ailədən üç nəfərin zəhərlənməsinə səbəb olub.

Xəbərin.az xəbər verir ki, hadisə Pınarbaşı məhəlləsində yerləşən fərdi yaşayış evində baş verib. İlkin məlumata görə, Ramazan B. (34), Delale B. (74) və Emine B. (25) isinmək üçün yandırılan sobadan çıxan karbonmonoksit qazından zəhərləniblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra əvvəlcə Gercüş Dövlət Xəstəxanasına, daha sonra isə Batman Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. Onların müalicəsi davam etdirilir.