İngiltərənin “Nottingem Forest” klubu “Mançester Siti”nin qapıçısı Stefan Orteqa ilə razılığa gəlib.
Xəbərin.az bildirir ki, bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano məlumat yayıb. Xəbərə görə, alman qolkiper mövsümün bu hissəsi üçün qısamüddətli müqavilə imzalayacaq. Mövsümün sonunda isə oyun praktikasının azalması səbəbindən transferin daimi xarakter alacağı gözlənilir.
Qeyd edək ki, Stefan Orteqa karyerası ərzində “Mançester Siti”, “Arminiya Bilefeld” və “TSV 1860 Münhen” klublarının formasını geyinib.