Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Endrickdən möhtəşəm start: “Lion”un gənc hücumçusu mükafatlandırıldı

31 Yanvar 2026, 13:55 İdman 20 baxış
Endrickdən möhtəşəm start: “Lion”un gənc hücumçusu mükafatlandırıldı

“Real Madrid”dən icarə əsasında Fransanın “Lion” klubuna keçən gənc futbolçu Endrick, Ligue 1-də göstərdiyi performansla böyük səs-küy yaradıb.

Xəbərin.az xəbər verir ki, mövsümün ikinci yarısına möhtəşəm start verən braziliyalı hücumçu, vurduğu qollar və verdiyi məhsuldar ötürmələrlə “Lion”un ardıcıl iki qələbəsində əsas pay sahibi olub. Qısa müddətdə göstərdiyi yüksək səviyyəli oyununa görə Ligue 1 rəhbərliyi tərəfindən ayın futbolçusu (MVP) mükafatına layiq görülüb.

Ligue 1-in son turunda “Metz”ə qarşı het-trik edən Endrick, bunu bacaran ən gənc braziliyalı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Endrick bu mövsüm “Lion” forması ilə 3 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.