Son iki il ərzində Azərbaycanda 11 min açıq ürək əməliyyatı həyata keçirilib.
Xəbərin.az məlumat verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib.
O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra açıq ürək əməliyyatlarının sayı kəskin artıb. R.Əliyevin sözlərinə görə, 2005-ci ildə ölkədə cəmi bir açıq ürək əməliyyatı aparıldığı halda, son illərdə bu sahədə ciddi irəliləyiş qeydə alınıb.