Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

FCSB ilə heç-heçə: “Fənərbağça” yoluna pley-offda davam edəcək

30 Yanvar 2026, 02:05 İdman 23 baxış
FCSB ilə heç-heçə: “Fənərbağça” yoluna pley-offda davam edəcək

UEFA Avropa Liqasında "FCSB" ilə "Fənərbağça" arasında keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbərin.az xəbər verir ki, matçda hesabı 18-ci dəqiqədə "Fənərbağça"nın futbolçusu İsmail Yüksək açıb. Ev sahiblərinin qoluna isə 71-ci dəqiqədə Yuri Çisotti imza atıb.

Bu nəticədən sonra "Fənərbağça" əsas mərhələni 19-cu pillədə tamamlayıb və pley-off mərhələsində çıxış etmək hüququ qazanıb.