Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

P. Diddi Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib

30 Yanvar 2026, 02:00 Kriminal 34 baxış
P. Diddi Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib

Amerikalı reper və prodüser P. Diddi (əsl adı Şon Kombs) həmkarı Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib.

Xəbərin.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, Stiv Otis adlı iddiaçı 2012-ci ildə P. Diddi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Otisin sözlərinə görə, hadisədən sonra reper onu hədələyib və Tupak Şakurun qətlini misal gətirərək susdurmağa çalışıb.

İddiaçı P. Diddinin ona ünvanladığı sözləri belə xatırlayıb:
“Bu barədə heç kimə deməsən yaxşı olar… Zarafat etmirəm. Əgər Pakı öldürmüşəmsə, sənin başına nələr gələ biləcəyini də təsəvvür edə bilərsən.”

Qeyd edək ki, 13 sentyabr 1996-cı ildə naməlum şəxslər Las-Veqasda Tupak Şakurun olduğu avtomobilə atəş açıb. Reper bir neçə gün sonra, 25 yaşında xəstəxanada vəfat edib. Qətl işi uzun illər açılmamış qalsa da, son vaxtlar yenidən araşdırılmağa başlanıb.

Bu iş üzrə həbs edilən qanqster Dueyn Kit Deyvis ifadəsində Tupak Şakurun qətlinin P. Diddi tərəfindən sifariş edildiyini iddia edib.