Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Mourinyo Arbeloadan üzr istəyib

29 Yanvar 2026, 15:55 İdman 25 baxış
Mourinyo Arbeloadan üzr istəyib

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Real" üzərində qələbəni (4:2) çılğın şəkildə qeyd edib.

Xəbərin.az xəbər verir ki, Lissabon təmsilçisi qapıçısı Anatoli Trubinin 90+8-ci dəqiqədə vurduğu qolla pley-offa yüksəlib.

Həmin vaxt Mourinyo hisslərini cilovlaya bilməyib və tirubnalara baxaraq qələbəni emosional şəkildə qeyd edib. O, matçdan sonra açıqlamasında buna görə Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloadan üzr istəyib:

"Qələbəni çılğın qeyd etdiyimə görə üzr istəyirəm. Arbeloa futbol adamıdır və başa düşür ki, belə anlarda emosiyalara sərbəstlik veririk".