Çempionlar Liqasında tarixi an yaşanıb.
Xəbərin.az xəbər verir ki, oyunun 90+6-cı dəqiqəsində “Benfika” turnir cədvəlində 25-ci pillədə yer alır və pley-off mərhələsinə vəsiqə qazana bilmirdi. Lakin son saniyələrdə inanılmaz hadisə baş verib.
Portuqaliya təmsilçisinin qapıçısı Anatoli Trubin künc zərbəsindən sonra irəli çıxaraq başla qol vurub. Bu qol “Benfika”nı top fərqi hesabına 24-cü pilləyə yüksəldib və komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu nəticə turnirdə böyük sürprizə səbəb olub. Belə ki, Arbeola'nın rəhbərlik etdiyi “Real Madrid” əsas mərhələni ilk 8-likdə başa vura bilməyib və pley-off oynamağa məcbur qalıb.
Madrid klubunun pley-off mərhələsindəki potensial rəqibləri “Benfika” və ya Norveç təmsilçisi “Bodo Qlimt” olacaq.