UEFA Çempionlar Liqasının əsas mərhələsini uğurla başa vuran “Qarabağ” klubunun pley-off mərhələsindəki mümkün rəqibləri bəlli olub.
Xəbərin.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1/8 finala yüksəlmək uğrunda PSJ (Fransa) və ya “Nyukasl” (İngiltərə) ilə qarşılaşa bilər.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.