Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Məğlubiyyət fonunda böyük uğur: “Qarabağ” pley-offda

29 Yanvar 2026, 02:17 İdman 32 baxış
Məğlubiyyət fonunda böyük uğur: “Qarabağ” pley-offda

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda İngiltərənin “Liverpul” klubu “Qarabağ”ı qəbul edib.

Xəbərin.az bildirir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Liverpul”un qollarını Aleksis Mak Allister (15, 61), Florian Virts (21), Məhəmməd Salah (50), Hüqo Ekitike (57) və Federiko Kyeza (90) vurublar.

Bununla belə, böyükhesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ” tarixi nailiyyət əldə edib. Ağdam təmsilçisi əsas mərhələni 22-ci pillədə tamamlayaraq tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.