Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Göyçayda zəncirvari qəza: xəsarət alan var

28 Yanvar 2026, 20:56 Hadisə 28 baxış
Göyçayda zəncirvari qəza: xəsarət alan var

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xəbərin.az xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Ateko markalı yük avtomobili ilə toqquşub. Daha sonra minik avtomobili yol kənarında dayanmış eyni markalı digər VAZ-2107-yə çırpılıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Esmira Cəbrayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.