ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İraqda Nuri əl-Maliki yenidən baş nazir postuna qayıdarsa, Vaşinqton rəsmi Bağdada göstərilən dəstəyi dayandıracaq.
Xəbərin.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Eşitmişəm ki, böyük İraq ölkəsi Nuri əl-Malikini yenidən baş nazir postuna qaytarmaq kimi çox pis bir qərar qəbul edə bilər. O, sonuncu dəfə hakimiyyətdə olarkən ölkəni yoxsulluğa və tam xaosa sürükləmişdi. Buna bir daha yol vermək olmaz”, – deyə ABŞ prezidenti vurğulayıb.
Donald Tramp əlavə edib ki, Maliki yenidən rəhbərliyə gələrsə, onun siyasəti və ideologiyasına görə ABŞ İraqa heç bir yardım göstərməyəcək.
“ABŞ-ın dəstəyi olmadan İraqın uğur, rifah və azadlıq əldə etmək şansı yoxdur”, – deyə Tramp qeyd edib.