Mütəxəssislər bildirir ki, uzun və sağlam həyat üçün mütləq idman zalına getmək və ya gündə 10 min addım atmaq şərt deyil. Gün ərzində edilən qısa, lakin intensiv fiziki fəaliyyətlər də sağlamlığa ciddi fayda verə bilər.
Xəbərin.az məlumat verir ki, pilləkənləri sürətlə qalxmaq, sürətli yerimək, bağ işləri görmək, uşaqlar və ya ev heyvanları ilə enerjili oyunlar oynamaq buna misaldır. Bu cür fəaliyyətlər VILPA (Şiddetli Aralıklı Yaşam Tarzı Fiziksel Aktivitesi) adlanır.
VILPA — gündəlik həyatın içində yer alan, qısa müddətli, amma güclü hərəkət epizodlarıdır. Araşdırmalara görə, bu tip “mikro aktivliklər” ürək-damar sağlamlığını yaxşılaşdırır, ölüm riskini azaldır və ümumi həyat müddətini uzada bilər.
Yəni az vaxtı olan insanlar üçün belə, gündəlik həyatda atılan kiçik, amma enerjili addımlar böyük fərq yarada bilər.