Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ukrayna XİN rəhbəri: Zelenski Putinlə görüşməyə hazırdır

27 Yanvar 2026, 21:36 Dünya 23 baxış
Ukrayna XİN rəhbəri: Zelenski Putinlə görüşməyə hazırdır

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır. 

Xəbərin.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb. 

"Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır", - Sibiqa bildirib.