Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Norveç uzaqmənzilli artilleriya sistemləri alacaq

27 Yanvar 2026, 20:29 Dünya 22 baxış
Norveç uzaqmənzilli artilleriya sistemləri alacaq

Norveç parlamenti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 2 milyard dollarlıq uzaqmənzilli artilleriya sistemlərinin alınması planını təsdiqləyib.

Xəbərin.az xəbər verir ki, bu barədə “Reuters “ məlumat yayıb.

Məlumata görə, bu addım NATO üzvü olan ölkənin Arktikada, Rusiyaya həmsərhəd bölgələrdə öz müdafiə qabiliyyətini artırmaq məqsədini güdür. 

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqi və Rusiyanın Ukraynaya hücumu səbəbindən Avropa ölkələri hazırda müdafiə xərclərini artırır.