Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Xəbərin.az xəbər verir ki, o, Danimarkada yerli “Midtyullann” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun qarşılaşmasını idarə edəcək.
Elçin Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, “Midtyullann” – “Dinamo” oyunu yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.