İş adamı Aziz İhsan Aktaş barəsində bəzi bələdiyyə sədrlərinə və yerli idarəçilərə rüşvət verərək tenderləri təşkil etmək ittihamı ilə açılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Xəbərin.az xəbər verir ki, iş üzrə ilk iclas İstanbulun Silivri rayonunda yerləşən Marmara Cəza-İcra Kompleksində keçirilib. Məhkəmə prosesi çərçivəsində 200 nəfər müttəhim qismində mühakimə olunur.
İclas öncəsi məhkəmə və Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verilib, həbsxana ətrafında geniş mühafizə tədbirləri görülüb. Mətbuat üçün məhkəmə zalında 25 nəfərlik kvota ayrılıb.
Qeyd edək ki, effektiv peşmanlıqdan yararlanan Aziz İhsan Aktaş hazırda azadlıqda mühakimə olunur. Ona qarşı “cinayət məqsədilə təşkilatlanma” başda olmaqla bir sıra ağır ittihamlar irəli sürülüb. Prokurorluq Aktaşın 187 ildən 450 ilə qədər azadlıqdan məhrum edilməsini, həmçinin cinayət yolu ilə əldə edildiyi iddia olunan əmlakın müsadirəsini tələb edir.
Məhkəmə iclası öncəsi jurnalistlərə açıqlama verən Aktaş, “Ədalət dövlətin təməlidir. İlk gündən dediyim kimi qaçmamışam, buradayam” deyə bildirib.