Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Avstraliyada rekord istilər: temperatur 49 dərəcəni keçdi.

27 Yanvar 2026, 13:38 Dünya 20 baxış
Avstraliyada rekord istilər: temperatur 49 dərəcəni keçdi.

Avstraliyada şiddətli yay istisi təsirini artırmaqda davam edir.

Xəbərin.az bildirir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) verdiyi məlumata görə, Viktoriya ştatında hava temperaturu 48,9 dərəcəyə çataraq tarixi rekord müəyyən edib.

Yeni Cənubi UelsCənubi Avstraliya ştatlarında isə temperatur 49 dərəcə selsiyə yüksəlib. Cənubi Avstraliyanın Renmark bölgəsində qeydə alınan 49,6 dərəcə ölkə üzrə yeni istilik rekordu kimi tarixə düşüb.

Eyni zamanda, Viktoriya ştatının Otveys bölgəsində ekstremal istilər nəticəsində baş verən meşə yanğınları ciddi narahatlıq yaradıb. Yanğın nəticəsində çoxsaylı yaşayış evlərinin zərər görmüş ola biləcəyi bildirilir. Çətin hava şəraitində yanğına müdaxilə edən yanğınsöndürənlərin səylərinə baxmayaraq, alovun hələ də nəzarət altına alınmadığı qeyd olunur.