Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Real” “Betis”in brazilyalı müdafiəçisi ilə maraqlanır

27 Yanvar 2026, 13:34 İdman 24 baxış
“Real” “Betis”in brazilyalı müdafiəçisi ilə maraqlanır

İspaniyanın “Real” klubu "Betis"in müdafiəçisi Natan Souza ilə maraqlanır.

Xəbərin.az xarici mətbuata istinadən məlumata verir ki, Madrid təmsilçisi 24 yaşlı braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bildirilir ki, Natan Souza ilə İngiltərənin “Çelsi”“Nyukasl” klubları da yaxından maraqlanır. “Betis” rəhbərliyi isə futbolçunu 40–50 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, braziliyalı müdafiəçinin La Liqa təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.