Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Prezidentdən DGK Akademiyasının məzunları ilə bağlı fərman

26 Yanvar 2026, 22:38 Ölkə 23 baxış
Prezidentdən DGK Akademiyasının məzunları ilə bağlı fərman

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

Xəbərin.az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyasında ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara diplomla yanaşı, döş nişanı da veriləcək.