Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı: VİDEO

26 Yanvar 2026, 22:20 Hadisə 22 baxış
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı: VİDEO

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxıb.

Xəbərin.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verdiyi məlumata əsasən xəbər verir ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır.

"Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq",- məlumatda qeyd edilir.