Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Türkiyə Suriyaya humanitar yardım göndərdi

26 Yanvar 2026, 00:31 Dünya 22 baxış
Türkiyə Suriyaya humanitar yardım göndərdi

Türkiyə Suriyanın Ayn əl-Ərəb bölgəsinə humanitar yardım göndərib.

Xəbərin.az xəbər verir ki, yardım Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən hazırlanıb.

Bildirilib ki, beş TIR-da 50 ton un, yataq dəstləri və geyim ləvazimatları var.

Xatırladaq ki, Türkiyə ötən ilin dekabrında da Suriyaya yardım göndərib. Terrorçulardan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.