Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Türkiyədə polis şöbəsinin qarşısına partlayıcı qurğu atılıb

26 Yanvar 2026, 00:16 Dünya 22 baxış
Türkiyədə polis şöbəsinin qarşısına partlayıcı qurğu atılıb

Türkiyənin Diyarbəkr vilayətində Polis Şöbəsinin binasının girişinin yerləşdiyi küçəyə kustar üsulla hazırlanmış partlayıcı atılıb.

Xəbərin.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə Diyarbəkr valiliyi məlumat yayıb.

Partlayıcı qurğu xüsusi qruplar tərəfindən zərərsizləşdirilib. Hadisədən sonra iki maskalı şəxsin hadisə yerindən qaçdığı müəyyən edilərək onların saxlanılması üçün əməliyyat başladılıb. 

Qeyd olunub ki, hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilməyib.