Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub

04 Yanvar 2026, 17:21 Mədəniyyət 61 baxış
Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub

Bu il Azərbaycanda Novruz çərşənbələrinin keçiriləcəyi tarixlər açıqlanıb.

Xəbərin.az məlumat verir ki, ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Ardınca Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, sonuncu – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-dən 24-dək qeyd edilir. Bu il yaz fəsli ölkəyə martın 20-də, saat 18:46-da daxil olacaq.