Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Çin rəhbərinin sağ əli dövlətə xəyanətdə ittiham olunur

25 Yanvar 2026, 22:49 Dünya 20 baxış
Çin rəhbərinin sağ əli dövlətə xəyanətdə ittiham olunur

Çin Mərkəzi Hərbi Komissiyasında Si Cinpinin müavini dövlətə xəyanətdə ittiham olunub.

Xəbərin.az xəbər verir ki, general Çjan Yusya Çinin nüvə proqramı haqqında məlumatı ABŞ-a ötürməkdə şübhəli bilinir. 

“The Wall Street Journal”-ın (WSJ) məlumatına görə, həbsindən əvvəl o, Si Cinpinin sağ əli hesab olunurdu.

Qeyd edək ki, Çin Kommunist Partiyası ölkənin yüksək rütbəli hərbi rəsmiləri barəsində ciddi intizam və qanun pozuntuları şübhəsi ilə istintaq başlanmasına qərar verib.