Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Naxçıvanda ağır qəzada 6 nəfər yaralandı

25 Yanvar 2026, 22:46 Hadisə 23 baxış
Naxçıvanda ağır qəzada 6 nəfər yaralandı

Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad magistralının Babək rayonunun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Baş verən qəzada 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.