Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Yunayted” “Arsenal” səfərində qələbə qazanıb

25 Yanvar 2026, 22:45 İdman 23 baxış
“Yunayted” “Arsenal” səfərində qələbə qazanıb

İngiltərə Premyer Liqasında XXIII turun oyunları davam edir.

Xəbərin.az xəbər verir ki, günün ilk matçında "Brentford" öz meydanında "Nottingem Forest"i qəbul edib.

Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

Turun mərkəzi qarşılaşması isə Londonda baş tutub. Lider "Arsenal" "Mançester Yunayted"i sınağa çəkib. Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər. "Topçular" rəqibinə 2:3 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqası
XXIII tur
18:00. "Brentford" - "Nottingem Forest" - 0:2
18:00. "Kristal Pelas" - "Çelsi" - 1:3
18:00. "Nyukasl" - "Aston Villa" - 0:2
20:30. "Arsenal" - "Mançester Yunayted" - 2:3