Türk teatrının ustad siması Haldun Dormen 21 yanvar tarixində vəfat edib və son mənzilə yola salınıb .
Xəbərin.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasim zamanı başqa bir əfsanəvi sənətçi – İzzet Günay qəfil halı pisləşdiyi üçün iştirakçıları və sevənlərini təşvişə salıb.
Cənazə mərasimində yaşanan bu hadisə ətrafdakıların diqqətini çəkib və qısa müddətlik panikaya səbəb olub. İzzet Günayın vəziyyəti ilə bağlı dərhal tədbir görülüb.