Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı

25 Yanvar 2026, 16:50 Gündəm 24 baxış
Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı

Xəbərin.az xəbər verir ki, qlobal məlumat platformalarının son statistikası dünyada ən çox yatan ölkələri üzə çıxarıb.

Araşdırmaya görə, bəzi ölkələrdə "siesta" kimi gündüz yuxusu ənənələri ümumi yuxu müddətini artırır. Digər ölkələrdə isə gec saatlara qədər davam edən sosial həyat gecə yuxusunun azalmasına səbəb olur. Mütəxəssislər bildirir ki, yuxu müddəti təkcə bioloji ehtiyac deyil, eyni zamanda mədəni və sosial faktorlarla da sıx bağlıdır.

Statistikaya əsasən, dünyanın ən çox yatan ölkələri bunlardır:

Niderland - təxminən 8 saat 5 dəqiqə
Yeni Zelandiya - təxminən 8 saat 4 dəqiqə
Fransa - təxminən 8 saat 3 dəqiqə
Avstraliya - təxminən 8 saat 1 dəqiqə
Belçika - təxminən 8 saat 1 dəqiqə
Kanada - təxminən 7 saat 58 dəqiqə
Birləşmiş Krallıq - 7 saat 54 dəqiqə
ABŞ - təxminən 7 saat 52 dəqiqə
Yaponiya - təxminən 7 saat 30 dəqiqə
Sinqapur - təxminən 7 saat 24 dəqiqə

Rəsmi məlumatlara əsasən, Türkiyədə orta yuxu müddəti 6,8 saat təşkil edir. Bu göstərici ilə Türkiyə dünya üzrə yuxu reytinqində 20-25-ci yerlər arasında qərarlaşıb. 

Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli yuxu azlığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər.