Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü

25 Yanvar 2026, 14:20 Hadisə 26 baxış
SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Xəbərin.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.

Nocomment.az-ın məlumatına görə, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt–Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.

Faktla bağlı araşdırma aparılır.