Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Hər gün səhər bal yeməyin sağlamlığa gözlənilməz faydaları

25 Yanvar 2026, 13:12 Sağlamlıq 37 baxış
Hər gün səhər bal yeməyin sağlamlığa gözlənilməz faydaları

Mütəxəssislərin fikrincə, hər gün səhər acqarına bal yemək orqanizm üçün olduqca faydalıdır. Təbii enerji mənbəyi olan bal bir çox sağlamlıq probleminin qarşısının alınmasında mühüm rol oynayır.

Bal səhər saatlarında qəbul edildikdə maddələr mübadiləsini sürətləndirir və gün ərzində bədəni daha enerjili saxlayır. Tərkibindəki təbii şəkərlər beyin fəaliyyətini gücləndirir, diqqət və yaddaşı artırır.

Eyni zamanda bal immun sistemini möhkəmləndirir, orqanizmi infeksiyalara qarşı daha davamlı edir. Antibakterial xüsusiyyətləri sayəsində boğaz ağrısı və soyuqdəymə riskini azaldır.

Mütəxəssislər bildirir ki, bal həzm sisteminə də müsbət təsir göstərir. Səhər acqarına bal yemək mədə-bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaqları təmizləyir.

Qeyd edək ki, bal ürək-damar sağlamlığı üçün də faydalıdır. Qan dövranını yaxşılaşdırır, xolesterinin səviyyəsini tarazlayır və ürək xəstəlikləri riskini azaldır.

Həkimlər balın faydalarından düzgün yararlanmaq üçün onun təbii və keyfiyyətli olmasına diqqət yetirilməsini tövsiyə edirlər.