Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Bavariya"nın 27 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub

25 Yanvar 2026, 13:01 İdman 25 baxış
"Bavariya"nın 27 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub

Almaniya Bundesliqasının 19-cu turunda "Bavariya" gözlənilməz məğlubiyyətlə üzləşib. Almaniya nəhəngi "Auqsburq"a 1:2 hesabı ilə məğlub olub.

Xəbərin.az xəbər verir ki, bu, "Bavariya"nın mövsümdə ilk məğlubiyyəti idi.

Klub sonuncu dəfə ötən il martın 8-də evdə "Bohum"a 3:2 hesabı ilə uduzmuşdu.

Bu, Münhen klubunun Almaniya liqasında ikinci ən uzun məğlubiyyətsiz seriyasıdır.