Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bakıda evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

25 Yanvar 2026, 12:51 Hadisə 22 baxış
Bakıda evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. 

Xəbərin.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M.Hüseynova müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.