Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

UFC 324: Castin Qeyci Pedi Pimbletti məğlub etti

25 Yanvar 2026, 11:51 İdman 34 baxış
UFC 324: Castin Qeyci Pedi Pimbletti məğlub etti

ABŞ-ın Las Veqas şəhərində yerləşən T-Mobile Arenada keçirilən UFC 324 turnirinin əsas döyüşü başa çatıb. Yüngül çəki dərəcəsində üz-üzə gələn Castin Qeyci və Pedi Pimblett arasında keçirilən qarşılaşma beş raund davam edib.

Gərgin mübarizə şəraitində keçən döyüşün sonunda Castin Qeyci hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Amerikalı döyüşçü qarşılaşma boyu daha dəqiq və effektiv zərbələrlə üstünlüyünü qoruyub.

Bu nəticə Castin Qeyci üçün karyerasında növbəti vacib qələbə kimi yadda qalıb, Pedi Pimblett isə peşəkar karyerasında nadir məğlubiyyətlərindən birini alıb.