Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Suriyada terror aktının qarşısı alındı: Üç nəfər saxlanıldı

25 Yanvar 2026, 02:03 Dünya 23 baxış
Suriyada terror aktının qarşısı alındı: Üç nəfər saxlanıldı

Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiya vilayətində terror aktının qarşısını alıb. Keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.

Xəbərin.az məlumat verir ki, bu barədə Suriya dövlət agentliyi SANA xəbər yayıb.

Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya ərazisində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna qarşı hücumlarda iştirak etmiş terror qruplaşmasının üzvləridir.

Həbs edilənlər arasında “Saraya əl-Cavad” terror qruplaşmasının rəhbəri Mucana Qiyat Mahmud, eləcə də Cəfər Sami HəsənAdəm Qiyat Mahmud yer alır.

Əməliyyat zamanı terrorçulara məxsus partlayıcı qurğular, müxtəlif silahlar, döyüş sursatları, qumbaralar və terror aktlarında istifadə üçün hazırlanmış hərbi texnika müsadirə olunub.