İspaniya La Liqasının növbəti turunda “Real Madrid” səfərdə “Vilyarreal”ın qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbərin.az bildirir ki, matçda “kral klubu”nun qollarını Kilian Mbappe vurub. Fransalı hücumçu 47-ci dəqiqədə hesabı açıb, 90+4-cü dəqiqədə isə penaltidən fərqlənərək görüşdə son nöqtəni qoyub.
Bu qələbədən sonra “Real Madrid” xallarının sayını 51-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Qeyd edək ki, “Barselona”nın bir oyunu hələ də ehtiyatda qalır.