“Turan Tovuz” klubu transfer çalışmalarını davam etdirərək heyətini Coş Cinnelli ilə gücləndirib.
Xəbərin.az məlumat verir ki, İngiltərənin “Aston Villa” akademiyasının yetirməsi olan 28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb.
Son klubu İngiltərə Çempionşip təmsilçisi “Suonsi” olan Cinnelli daha əvvəl İngiltərədə “Şrusberi”, “Börnli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts” klublarında çıxış edib.