Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şişlidə dəhşətli hadisə: Zibil konteynerində başı olmayan qadın meyiti tapıldı

25 Yanvar 2026, 00:45 Kriminal 42 baxış
Şişlidə dəhşətli hadisə: Zibil konteynerində başı olmayan qadın meyiti tapıldı

İstanbulun Şişli rayonunda dəhşətli hadisə baş verib. Zibil konteynerində başı olmayan qadın meyiti aşkarlanıb.

Xəbərin.az məlumat verir ki, Duatepə məhəlləsi Kuyulubağ küçəsində kağız toplayan şəxs çöp konteynerində şübhəli paket görərək polisə məlumat verib. Hadisə yerinə dərhal polis və istintaq qrupları cəlb olunub.

Polis əməkdaşları konteynerin yerləşdiyi küçəni mühasirəyə alaraq giriş-çıxışları bağlayıb. Aparılan ilkin baxış zamanı çarşafa bükülmüş paketdə bir qadına aid olduğu müəyyən edilən və başı olmayan meyit tapılıb.

Meyitin baş hissəsinin tapılması üçün ətraf ərazidəki digər zibil konteynerlərində də axtarış aparılıb.

Başı olmayan meyitin şəxsiyyəti müəyyən edilib. Meyitin Özbəkistan vətəndaşı, 36 yaşlı Durdona Xokimova'ya məxsus olduğu bildirilib.

Hadisə ilə bağlı istintaq və hadisə yeri araşdırmaları davam etdirilir.