Xəbərin.az xəbər verir ki, “Qalatasaray” heyətini "Xirona"nın hüçumcusu Yáser Asprilla ilə gücləndirib.
Məlumata görə, “sarı-qırmızılılar” bu transfer üçün qarşı tərəfə təxminən 20–25 milyon avro aralığında bonservis məbləği ödəyəcək. Futbolçunun illik maaşı və bonus detalları isə açıqlanmayıb.
Qeyd edək ki, 22 yaşlı oyunçu bu mövsüm "Xirona"da 17 qarşılaşmada 1 qol və 1 asist edib.