Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Salyanda maşın piyadanı vurub öldürdü

24 Yanvar 2026, 23:00 Hadisə 19 baxış
Salyanda maşın piyadanı vurub öldürdü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xəbərin.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.